Narkotik bataqlığında itib-batan məşhurların siyahısı: Əməkdar artist, gitaraçı...


Azərbaycanın sənət aləmi illərdir həm parlaq istedadlarla, həm də faciəvi həyat hekayətləri ilə gündəmə gəlir. Səhnədə milyonların sevimlisinə çevrilən bəzi sənətçilər şəxsi həyatlarında ciddi sarsıntılar yaşayıb. Onların bəziləri bu sarsıntıların mərkəzində narkotik vasitələrə qurşanmaq kimi təhlükəli bir yola düşüb.

Sənət icmasında narkotikdən istifadə, təəssüf ki, təkcə bir dövrün deyil, uzun illərin problemi kimi qalır. Bəzi sənətçilər verdikləri müsahibələrdə keçmiş səhvlərini etiraf edərək gənc nəsli bu təhlükədən uzaq durmağa çağırıblar.Bu mövzu Azərbaycan ictimaiyyətində hələ də müzakirə olunur və bir daha sübut edir ki, istedad, şöhrət və sevgi belə insanı zərərli vərdişlərin təsirindən tam qorumağa kifayət etmir.

"Yeni Sabah" bir müddət narkotik asılılığından əziyyət çəkən məşhurların siyahısını təqdim edir:

1. Əməkdar artist, gitaraçı Rəmiş (Rafiq Hüseynov) uzun müddət narkotikdən istifadə edib. Müsahibələrində bu faktı gizlətməyən məşhur gitaraçı şou-biznes əhlinin 90 faizinin bu asılılığa düçar olduğunu bildirirdi.

2. Rep ifaçısı mərhum Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə sənətçinin ailəsi dağılıb. Narkotik maddə satışına görə həbsə düşən repçi bunu etiraf etmişdi:

“Millət qarşısında açıq-aşkar etiraf edirəm ki, narkotik istifadə etmişəm. Bir qələtdir, səhvdir etmişəm”.

Reper hətta bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunmuşdu.

3. Daha bir repçi Anar Nağılbazın da uzun müddət bu bəlaya aludəçi olduğu deyilirdi. O, mətbuata açıqlamalarında narkotik vasitədən istifadə etmədiyini söyləyirdi.

4. Mərhum meyxanaçı Bayram Kürdaxanlı da narkotik maddə aludəçisi olub. Buna görə o, bir müddət məhbus həyatı yaşayıb. Mərhum meyxanaçı Bayram Kürdəxanlı bunu peşəsi üçün ilham vasitəsi saydığına görə istifadə etdiyini söyləmişdi. Bayram Kürdəxanlıya narkotik istifadəsinə gorə 14 noyabr 2014-cü ildə 1 il həbs cəzası da verilmişdi.

5. Meyxanaçı Əlislam Dağlı da yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün rəhmətə gedib.

6. Meyxanaçı Ələkbər Yasamallı da bir müddət narkotik aludəçiliyindən əziyyət çəkib. Onun hələ də narkotik istifadəçisi olduğu iddia edilir. 

7. Tanınmış reper Elşad Xose də narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.

8. Reper Dado (Səid Əliyev) 2015-ci ildə narkotik istifadəsi səbəbilə saxlanılanlar siyahısındadır.

9. Meyxanaçı Rüfət Nasosnu da əvvəl aludəçi olduğunu bildirsə də, hazırda narkotik istifadə etmədiyini söyləyir. Amma bunun əksini iddia edənlər də var. 

10. "Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev də külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma maddələri ilə həbs olunur. 



Oxşar Xəbərlər

Xəbər lenti