17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Sozcu.info xəbər verir ki, yeni Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan marşrutu açılıb.Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycan dövlətləri nəqliyyat əməkdaşlığını gücləndirmək və beynəlxalq logistika əlaqələrini genişləndirmək üçün birləşərək, Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan (Bakı) sınaq marşrutunu istifadəyə veriblər.TULM mərkəzinin məlumatına görə, layihə Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi (TULM), Öztemiryo'lkonteyner ASC (Özbəkistan) və "Alliance Multimodal" (Azərbaycan) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Pilot mərhələsi çərçivəsində Çindən Azərbaycana dörd ədəd 40 futluq konteyner göndərilib.Konteynerlər artıq Qırğızıstan Respublikasının Oş stansiyasına çatıb. Hazırda sənədləşmə işləri aparılır, dəmir yolu ilə Özbəkistan, Türkmənistan ərazilərindən və Xəzər dənizi üzərindən Azərbaycana səyahət üçün hazırlıqlar görülür.Əldə edilən razılaşmalara əsasən, Oş stansiyasından Bakıya tranzit müddəti 12 təqvim günüdür.Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) Çini Orta Asiya, Xəzər dənizi, Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən ənənəvi logistika marşrutlarına mühüm alternativdir.