8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mira Həsənova
regnum.ru, 08.07.2019
Azərbaycanın ixraca yönəlmiş istehsalçıları ölkənin beynəlxalq layihələrdə iştitrakından öz qazanc paylarını alacaqlar. Və bütün bunlar ümumən Azərbaycanın və iqtisadi potensialının sonrakı inkişafına gətirəcək.
Ən yaxın günlərdə Çindən Azərbaycana daha bir qatar konteynerlərlə gələcək. Sian şəhərindən yola salınmış dəmiryol qatarı ümumi sayı 36 ədəd olan 45 və 40 futluq konteynerlər gətirir. O, artıq Qazaxıstanın Aktau limanına çatıb və "Türküstan” gəmisi ilə Ələt limanına yollanacaq.
Layihə "Bir qurşaq, bir yol”un ikinci forumunda "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti "ADY Konteyner” MMC və Çinin "Xi’an Continental Bridge International Logistics Co. Ltd.” şirkəti arasında Beynəlxalq Transxəzər nəqliyyat marşrutu ilə konteyner qatarlarının hərəkətinin təşkili üzrə əldə edilmiş əməkdaşlıq çərçivəsində həyata keçirirlir. Layihə 2019-cu ildə 30 konteyner qatarının göndərilməsini nəzərdə tutur. Beləliklə, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi, yaxud Xəzər dənizi üzərindən Çindən Avropaya yük daşımaq üçün Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən nəqliyyat-logistika şirkətlərinin təşəbbüsü olan, logistik infrastrukturuna 10 min kilometr d/y şəbəkəsi, 10 dəniz limanı, 70 ədəd səyyar qatar düşən, Azərbaycanın təşəbbüsü ilə salınmış Bakı-Tiflis-Qars dəmiryolunun tərkibinə daxil olduğu Transxəzər beynəlxalq nəqliyyat marşrutu Hindistandan Rusiyaya uzanan Şimal-Cənub layihəsi ilə yanaşı Azərbaycan üçün neft və qaza bağlı olmayan sektoru şaxələndirmək və inkişaf etdirməkdən ötrü iqtisadi strategiyanın gerçəkləşdirməkdə növbəti önəmli mərhələ olur.
Qeyd edək ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrinə qoşulan ölkələrin sayı onu keçir və görünür, bu say artacaq. Azərbaycan öz nadir coğrafi durumu səbəbindən hər iki layihəyə qatılan yeganə ölkədir. Bu, ölkə haqda beynəlxalq hablardan (qovşaq-tərc.) biri kimi danışmaq imkanı verir. Yada salaq ki, Bakı son illərdə dəmiryol sistemini modernləşdirmək və avtomobil yolları salmaq və yenidən qurmağa yüksək diqqət ayırmağa başlayıb, Xəzər sahilində yük göndərmə bacarığı, haradasa, 25 milyon ton təşkil edən ən böyük dəniz limanı tikilib, Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu salınıb. Bu yol başqa ölkələrə bu nəqliyyat kommunikasiyalarından istifadə imkanı açmaqla Avropa və Asiya arasında çatışmayan bənd də oldu.
Bakı politoloqu Tofiq Abbasovun fikrincə, bu gün kommunikasiya məsələləri, tranzitlərə nəzarət strateji məna qazanır, müxtəlif qütblər arasında amansız, hələlik gizli qarşıdurma gedir ki, transqitə tranzitləri boyunca daha inamlı şəkildə möhkəmlənmək mümkün olsun. Avropa Birliyi, "Bir qurşaq, bir yol”u yeridən Çin bununla məşğul olur, avropalı tərəfdaşları üzərindən hərəkət edən ABŞ-ın baxışları buna yönəlib, amerikalılar dünyanın bütün bölgələrində fiziki iştirakı mühüm sayırlar ki, nəfəsləri duyulsun. Transasiya, Avrasiya marşrutları ilə bağlı hər şey öz müttəfiqlərinin əhvalına, hətta onların opponentlərinə belə, ya da elə təsir edən ABŞ-ın birbaşa baxış sahəsindədir.
"Azərbaycan prezidenti İlham Əliyev ötən il Bakıda Angela Merkellə, İtaliya prezidenti Serco Mattarella və AB təmsilçisi başqa siyasətçilərlə məsləhətləşmələr keçirərkən, Parisdə Emmanuel Makronla görüşərkən onlar, bir qayda kimi, təkcə Cənubi Qafqazın lideri kimi deyil, həm də Avropa qitəsinin energetik təhlükəsizliyinin təminatında böyük şəkildə iştirak edən, habelə önəmli aktorlar üçün Şərqə qapı açan mühüm oyunçu kimi Azərbaycanda durumun necə olduğuna böyük diqqət ayırıblar – xüsusən də buradan belə yenə də ABŞ-ın iştirakı ilə 5+1 formatı formalaşdırılan Mərkəzi Asiya olduğu üçün. Onlar bu səbəbdən Azərbaycanda, Azərbaycan ətrafında, Cənubi Qafqaz bölgəsinin hamısında sabitliyin saxlanmasının nə qədər mühüm olduğunu birbaşa deyirdilər ki, fəaliyyətdə olan tranzitlər və Avropanın əhatəli struktur layihələrinın yardımı ilə tez bir zamanda gerçəkləşdirilməsi ehtimal olunanlar narahatlığın, qarışıqlığın, mənfi təsirlərin bütün növlərindən etibarlı şəkildə qorunsun”.
Azərbaycan Qərb yönündə artıq bir neçə uğurlu layihə həyata keçirib –bu, TANAP, TAP və Bakı-Tiflis-Qarsdır. Avropa praktikləri və praqmatikləri bilirlər ki, Bakı Şərq siyasətində açar rolunu oynayır və ümid edirlər ki, Azərbaycan Cənubi Qafqazın kommunikativ ad-sanını gücləndirmək üçün öz təşəbbüslərini bundan sonra da fəal yeridəcək. Bu, Qərb qütbü üçün birnömrəli vəzifədir, çünki Avropa İran, Çin, Hindistanla münasibətləri inkişaf etdirməyə hədəflənib, Amerika isə bu proseslərə laqeyd qala bilməz, o, nəzarəti gücləndirməyə və bu layihələrdə fiziki iştiraka nail olmağa çalışır. Çin və Hindistan hər şeydən qabaq Qərb yönündə özlərinin çoxalan tədarükləri haqda düşünür. Pakistan və İranın iştirakı ilə Hind okeanı və Fars körfəzi üzərindən yeni marşrutlar Azərbaycanın maraqlarına birbaşa aiddir. Hindistandan Pakistan, İran, Azərbaycan, Gürcüstana uzanan Cənub-Şimal layihəsi də ticari-iqtisadi münasibətlərin inkişafı və mal tədarüklərini təmin etmək baxımından əsas layihələrdən biridir, Azərbaycanın əsas qovşaq məntəqəsi kimi rolu isə nəhəng mənaya malikdir.
Politoloq hesab edir: "Hər şey artıq indi Gürcüstanda Qara dənizdə dərinsulu Anakliya limanının inşasının nə qədər tez bitəcəyindən asılıdır, marşrut onda artıq fəaliyyətdə hesab ediləcək”.
Tofiq Abbasov Hindistan və Çinin birbaşa marağı sayəsində İran, Azərbaycan və Gürcüstanın uzlaşdığı Cənub-Şimal marşrutunu gerçəkləşdirməyi yaxın gələcəyin məsələsi adlandırır. Cənub-Qərb nəqliyyat dəhlizi AB və Hindistan arasında yük daşımağa hesablanıb. Bu dəhliz yük daşımağa itirilən zamanı azaldır. Hesablamalara görə, yükləri bu nəqliyyat dəhlizi ilə çatdırmaq yeddi gün ərzində həyata keçirilir, halbuki alternativ marşrutlara sərf edilən vaxt 35-37 gündən ibarətdir. Layihə hələlik konsepsiya kimi mövcud olsa da, hələ heç bir sənəd imzalanmayıb, İran ətrafında çox ciddi durum yaranıb, Bakı eksperti hesab edir ki, o, böyük perspektivlər səbəbindən ən yaxın gələcəkdə həll yolunu tapar.
Onun sözlərinə görə, "İran ətrafındakı durum elə, ya belə tənzimlənəcək və bölgə fəal iqtisadi fəaliyyətin ağuşuna dönəcək. Azərbaycan bütün bu marşrutların həlledici komponentidir. O, bölgədə və ətrafındakı istənilən dəyişikliyə olduqca harmonik və praqmatik reaksiya vermək bacarığı göstərir, özünün bütün nəqliyyat-kommunikasiya potensialını işə salmaq və fiziki iştiraka hazır olduğunu sərgiləyir, öz hərəkətləri ilə tərəfdaşlarına ismarıc göndərir ki, Dağlıq Qarabağ münaqişəsinin varlığına baxmayaraq, duruma qəti nəzarət edir, öz öhdəliklərini vaxtında və tam tutumda yerinə yetirir”.
Rusiya kimi böyük oyunçu da bölgədə sabitliyin saxlanmasında maraqlıdır və özünün baş cığırı yenə də Azərbaycandan keçəcək Şimal-Cənub nəqliyyat yolunu təklif edir. Bu zaman Mərkəzi Asiya bölgəsini də hərəkətə gətirmək imkanı var – Rusiyadan Qazaxıstan, Türkmənistan, Özbəkistan, oradan Hindistana və Uzaq Şərq bölgəsinə.
… Azərbaycanın dünyanın ən böyük nəqliyyat dəhlizlərinə qoşulmağa hazır olmağı layihə iştirakçılarında şübhə doğurmur. Axı Davos ümumdünya iqtisadi forumunun qiymətinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yeri tutur. Ölkə bunun sayəsində biznes mühitini də yaxşılaşdırmağa nail olub, çünki çağdaş nəqliyyat strukturunun varlığı həm daxili, həm də xarici yatırımlar üçün əlverişli şərtlər yaradır. Və budur, Azərbaycan Ümumdünya Bankının son "Doing Business” hesabatında dünyada artıq 25-ci pillədədir, bu zaman ən islahatçı ölkə onluğuna daxil olaraq öz mövqeyini rekord göstəriciyə – 32-ci dərəcəyə qədər yaxşılaşdırıb.
Azərbaycanda bir neçə növdə nəqliyyat magistralları – avtomobil nəqliyyatı, dəmiryolu, aeroport və dəniz liman xidmətləri kəsişir ki, bu da beynəlxalq logistikanın çağdaş tələblərini ödəyir və fövqəladə durumlar halında qarşılıqlı dəstək göstərməyə imkan verir. Məsələn, 2016-cı ilin yanvarında Türkiyənin Rusiya üzərindən Mərkəzi Asiyaya yük tranziti yasaqlanarkən Bakı operativcəsinə yeni tarif hazırlayıb, habelə Xəzər dənizi gəmiçiliyinin işini və bərə keçidi sistemini tranzit avtomobul axını üçün yenidən təşkil edə bilib. Bakının Ələt limanının təcrübəsi Aktau limanının iş sistemini yeniləmək haqda qərar qəbul edən Qazaxıstan tərəfindən bir anda mənimsənilib.
Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində qovşağa çevrilməsi ölkəyə təkcə birbaşa tranzitdən deyil, həm də servis xidmətinin inkişafından qazanc əldə etməyə imkan verəcək. Magistral xətlər boyunca ticarət mərkəzləri, yanacaqdoldurma stansiyaları, avtoservislər, motel və kafelər, turist mərkəzləri inkişaf edəcək.
Əlavə gəlir əldə etməyə daha bir imkan avtomagistrallardan istifadə üçün ödəniş qoymaqdır. Əlbəttə, ölkənin beynəlxalq layihələrdə iştirakından Azərbaycannın ixracata yönələn istehsalçıları da öz qazanac paylarını alacaqlar. Bütün bunlar Azərbaycanın və onun iqtisadi potensialının sonrakı inkişafına, habelə ölkənin xarici tərəfdaşlar arasındakı nüfuzunu möhkəmlətməyə gətirəcək.