17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Seymur Taleh oğlu Qaraşova general-mayor ali hərbi rütbəsi verilib.
Sozcu.info "Qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, Seymur Qaraşov Fövqəladə Hallar Nazirliyinin daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.
O, 2021-ci ilin noyabr ayından FHN-nin Cənub Regional Mərkəzinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinə rəisi olub və hazırda FHN-nin daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır.
Qeyd edək ki, Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.