Dünən, 11:11
Dünən, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
Nazirlər Kabineti "Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 29 oktyabr 2021-ci il tarixli qərarında dəyişiklik edib.
Sozcu.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, siyahıya Prezidentin Katibliyinin rəisi və onun müavini əlavə olunub.
Qeyd edək ki, hazırda Azərbaycan Prezidenti Katibliyinin rəisi general-polkovnik Bəylər Eyyubovdur. O və müavini bundan sonra hava limanlarının VİP salonlarından istifadə edə biləcəklər.