12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin edilib.
Sozcu.info-nun məlumatına görə, müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən bu gün imzalanıb.
Sözügedən vəzifəyə Natiq Həsənov gətirilib.
Qeyd edək ki, Natiq Həsənov 2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini, 10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifələrində çalışıb.