17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) banilərindən və siyasi mühacirət liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı evinin divarına xatirə lövhəsi vurulması planlaşdırılır.
Sozcu.info-nun məlumatına görə, layihəni Rəsulzadə Ev-muzeyi İctimai Qrupunun həmtəsisçisi Vahid Mustafayev hazırlayır.
Tarixçi-alim Solmaz Rüstəmova-Tohidi isə bildirib ki, lövhə hələ layihə mərhələsindədir:"Rəsmi icazə alındıqdan sonra üzərində işləmək və dəyişikliklər etmək mümkündür. Əsas məqsəd cəmiyyətdən gələn dəstəkdir," – deyə o vurğulayıb.
Xatırladaq ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142 ili tamam olur. Rəsulzadəyə məxsus Bakıdakı mülk – dörd otaqlı mənzil Nizami küçəsi 59 ünvanında, Mərkəzi Univermağın yanında yerləşir.Musavat.com