Azərbaycan səhiyyəsində tarixi nailiyyət: İlk ürək transplantasiyası


Ürək transplantasiya əməliyyatının Qafqazda ilk Azərbaycanda icra olunması üçün uzun yol qət edildi.

Bu fikirləri bu gün Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər elmi-praktiki dəyirmi masada çıxışı zamanı Orqan donorluğu və Transplantasiyası üzrə Koorsinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib.

"Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzi üçün əvvəlcə hüququ baza yaradıldı. Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi yaradılıb. Bu bazaya bütün trasnplantasiya edən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib", - sədr əlavə edib.

Mərkəz sədri qeyd edib ki, Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib./Trend.az



Oxşar Xəbərlər

Xəbər lenti