Nərmin yenidən məhkəməyə verildi: Dövlətə xəyanət və casusluq maddəsi ilə

 

Tanınmış idmançı Araz Musayev psixoloq Nərmin Şahmarzadəni yenidən məhkəməyə verib.

Sozcu.info xəbər verir ki, bu haqda azxeber.com-a idmançı özü bildirib. O deyib ki, məhkəmə 22 yanvar saat 15:00-a təyin olunub.

İdmançı iddia ərizəsində Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdiyini və buna görə cəzalanmasını istəyib.

Araz Musayev Nərmin haqda Cinayət Məcəlləsinin 147 və 148 (təhqir, böhtan) maddələri ilə cinayət işinin başlanılması istəyib.

Bundan əlavə 283-cü maddə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 274-cü maddə (dövlətə xəyanət) və 276-cı maddə (Casusluq) ilə də cəzalanması ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Prosesə Xətai Rayon Məhkəməsində baxılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti