Evində meyiti tapılan qadın məktəb direktorudur

Xaçmazda yaşayış evində meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir. 

***10:15
Xaçmazda evdə qadın meyiti tapılıb.
Sozcu.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Oxşar Xəbərlər

Xəbər lenti