Əfv sərəncamı qadın məhbusların cəza çəkdiyi müəssisədə icra olundu

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
“Report” xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 12 nəfərə şamil olunub.
Tədbir zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 11 məhkuma arayışlar təqdim edib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, bir qadın məhkumun cəzası isə yarıya endirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.


Oxşar Xəbərlər

Xəbər lenti