Moskvada intihar edən məmur azərbaycanlıdı: "Kaspiyski qrup", rep...yaxınları şokda-YENİLƏNİB

Bu gün Moskvada özünü güllələyən Cəmil Axundov artıq 2 il idi ki, bu vəzifədə işləyirdi. Məlumata görə, onun iş ilə bağlı heç bir problemi olmayıb. O, özünü ən yaxşı kadrlardan biri kimi sübut edib. Gənc və sağlam olan Cəmil Axundovun özünü niyə öldürdüyü yaxınlarına da məlum deyil. Onlar şokdadılar.
Aldığımız məlumatlara görə, Cəmil Axundov musiqi ilə də yaxından maraqlanırmış və pianoda da yaxşı ifa edirmiş. O,  azərbaycanlılardan ibarət "Kaspiyski qrup" rep qrupunun pərəstişkarı imiş.Moskvanın Xoroşevski məhkəməsində bu günü səhər fövqəladə hadisə baş verib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 27 yaşlı məhkəmə icraçısı olan bir işçi intihar edib.
Meyitin yaxınlığında xidməti silah tapılıb. Onun meyiti məhkəmənin tualetində tapılıb.
Məlumata görə, intihar edənin kiçik icra məmuru Cəmil Axundovdur.
İntiharın səbəbləri araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti