Samuxda qətl törədildi

Samux rayonunda qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Arzu Abdullayev öldürülüb.
İlkin məlumata görə, qətl 1976-cı il təvəllüdlü Samir Quliyev tərəfindən törədilib. Şübhəli şəxsin mərhuma bir bıçaq zərbəsi vurduğu deyilir. Yaralı xəstəxanaya çatdırılarkən yolda ölüb. 
Hazırda cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}