Bakıda 3 avtomobil yandı

Bakıda baş vermiş yanğın zamanı 3 avtomobilə ziyan dəyib.
Sozcu.info bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda “Ford” markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb, yüksək temperaturdan “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtobilinin 1 ədəd arxa fənəri və buferi əriyib. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}