Səhiyyə Nazirliyi: "Poliklinikanın qapısını sındıraraq içəri daxil olan şəxs 3 həkimə xəsarət yetirib"

Səhiyyə Nazirliyi poliklinikada vətəndaşın qapısının şüşəsini sındırması ilə bağlı məlumat yayıb.
Sozcu.info-un xəbərinə görə, nazirlikdən bildirilib ki, hadisə axşam saat 18:40 radələrində baş verib.
"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub",- məlumatda qeyd edilib.


Oxşar Xəbərlər

Xəbər lenti