Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.
Sozcu.info xəbərinə görə, Nazirlikdən Report-a bildirilib ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.
“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}