Kürdəmirdə qardaş bacısını niyə öldürdü? - AMANSIZ QƏTLİN TƏFƏRRÜATI

Ötən gün Kürdəmir rayonunda qardaşın bacısını qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Publika.az xəbər verir ki, ilkin araşdırmalardan sonra hadisənin qısqanclıq zəminində baş verməsi məlum olub.

Bildirilib ki, 4 uşaq anası olan 35 yaşlı Nəsirova Dilarə Təbriz qızı həyat yoldaşından boşandıqdan sonra ata evinə qayıdıb. Bir müddət sonra isə o, kirayə tutduğu və Kürdəmir şəhər Üzeyir Hacıbəyov küçəsindəki mənzildə məskunlaşıb.

Boşandıqdan sonra kirayə yaşayan bacısı barəsində xoşagəlməz fikirlər eşidən qardaşı Xəyal Şıxəliyev dünən onu qətlə yetirmək məqsədilə həmin evə gəlib. O, özü ilə gətirdiyi bıçaqla bacısına ümumilikdə 37 kəsilmiş-deşilmiş xəsarətlər yetirib.

Çoxlu qan itirən və daxili orqanları zədələnən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti