"Baku Bus"ın avtobusu piyadanı vurdu

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə Sozcu.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 4-də saat 19 radələrində Yasamal rayonu Kənar dairəvi yolda Neftçala rayon sakini N.Hüseynov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Şamaxı rayon sakini Qardaşəli Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti