Hotel otağında dəhşət - 4 turistin meyiti tapıldı

Albaniyanın qərbində yerləşən hotellərdən birində 4 turistin meyiti tapılıb.
Sozcu.info Trend-ə istinadən xəbər verir ki, bu barədə "Albanian Daily News" qəzeti yerli polis idarəsinə istinadən xəbər verir.
Bildirilir ki, meyitləri tapılan turistlər Rusiya vətəndaşlarıdır: "Təxminən saat 00:20-də (Bakı vaxtı) Kavaya dairəsinin Kerret kəndində yerləşən hotelin saunasında Rusiya vətəndaşı olan 4 turistin meyiti tapılıb. Onlar hamısı boğularaq ölüb".
Digər təfərrüatlar barədə məlumat verilmir.


Oxşar Xəbərlər

Xəbər lenti