"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğradı

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşan “Kayrat”ı Bakıdan Qazaxıstana aparan təyyarə qəzaya uğrayıb.
Sozcu.info Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, təyyarə Almatı aeroportunda avtomobillə toqquşub.
Qəza yerli vaxtla səhər saat 7 radələrində baş verib. Avtomobil yerə enən təyyarənin altında qalıb. Hadisə ilə bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.
Xatırladaq ki, dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Qarabağ” “Kayrat”ı 2:1 hesabı ilə məğlub edib


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}