Bakı metrosunda HƏYƏCAN: Qatarların hərəkəti dayandırıldı SON DƏQİQƏ

Bakı metrosunun “28 May” stansiyasında problem yaşanıb. Qatarların hərəkətində ləngimələr baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sozcu.info-ya açıqlamasında bildirib ki, ilkin məlumata görə, “28 May” stansiyasının girişində tüstülənmə olub:
“Stansiyanın giriş sahəsində tüstülənmə ehtimalı ilə yüksək gərginlik çıxarılıb. Bu səbəbdən metronun “Həzi Aslanov” – “28 May” istiqamətində hərəkət edən qatarlarda müəyyən ləngimələr baş verib”.
B.Məmmədovun sözlərinə görə, hazırda “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları istisna olmaqla, Bakı Metropolitenində qatarların hərəkətinin tənzimlənməsi təmin olunur.
Qurum rəsmisi məsələ ilə bağlı əlavə məlumatın veriləcəyini əlavə edib.
O qeyd edib ki, metroya bomba qoyulması ilə bağlı yayılan iddialar əsassızdır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}