Türkiyə ordusu şəhidin qisasını aldı


Türkiyə "Pəncə Şimşək" və "Pəncə Kaplan" bölgələrində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.
Sozcu.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 2 terrorçu zərərsizləşdirilib.
"Şəhidlərimizin qanının yerdə qalmaması üçün İraqın şimalındakı terror yuvalarına qarşı əməliyyatlarımız fasiləsiz davam edir", - deyə Nazirlik qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyə ordusunun hərbi qulluqçusu İraqda əməliyyat zamanı şəhid olub.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}