Vəfat edənlərin pensiya kartından pul çıxarılır - RƏSMİ

Azərbaycanda vəfat edənlərin pensiya kartından pul çıxarılır - ŞOK AÇIQLAMA
Sozcu.info Oxu.Az-a istinadən məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov bildirib. O, qeyde dib ki, bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilələr edilir. 
“Əsas məsələlərdən biri əmək pensiyaçısının vəfat etdikdən sonra barəsində müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumları ölüm haqqında şəhadətnaməni təqdim etmədiyi üçün sistemdə həmin şəxsin vəfat etməsi görsənmir.  Nəticədə həmin şəxsin pensiyası dayandırılmır. Təxminən altı ay, yaxud bir il müddətində vəfat etmiş şəxsin pensiya kartından pul çıxarılır”.  O qeyd edib ki, məhkəmə icraatında olan işlərin 70 faizi yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir.  


Oxşar Xəbərlər

Xəbər lenti