Qaradağda faciə: Fəhlə “Kamaz”ın altında qaldı

Noyabrın 2-si saat 2 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
Qaradağ rayon prokurorluğundan Sozcu.info-a verilən məlumata görə, Cəmaləddin Zeynalov işlədiyi daş karxanasında  hərəkətdə olan “Kamaz” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq  təkər altında qalması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir. 


Oxşar Xəbərlər

Xəbər lenti