Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində törədilən partlayışlar nəticəsində azı 3 nəfər həlak olub.
Sozcu.info xəbər verir ki, bu barədə yerli “Salam Vatandar” radiostansiyası məlumat yayıb.
Məlumata görə, şəhərin polis idarəsi yaxınlığında iki partlayış baş verib.
Partlayışdan sonra "Taliban"la Xorasandakı İslam Dövləti qruplaşmasının silahlıları arasında atışma başlayıb.
Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşıdır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}