Goranboyda minik avtomobili yük maşınına çırpıldı, xəsarət alanlar var

Goranboy rayon Abbasqullular kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sozcu.info xəbər verir ki, "VAZ" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində, minik maşınında olan, 1990-cı il təvəllüdlü Kərimova Rəqsanə, 1988-ci il təvəllüdlü Kərimov Fəxri və 1959-cü il təvəllüdlü Tahirə Babayeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlardan F.Kərimov Goranboy rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.


Oxşar Xəbərlər

Xəbər lenti