Şəmkirdə toydan çıxan piyadanı avtomobil vurub öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü F.Məmmədovu vurub.
Ağırtonnajlı avtomobilin vurduğu piyada hadisə yerindəcə ölüb.
İlkin məlumata görə, hadisə mərhum toydan çıxarkən baş verib.


Oxşar Xəbərlər

Xəbər lenti