Azərbaycanda BİABIRÇI HADİSƏ - 13 yaşlı qızı əmisi qaçırıb, zorladı

Yevlaxda itkin düşən 13 yaşlı qızın əmisi tərəfindən qaçırılaraq seksual hərəkətlərə məruz qaldığı məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.info-a bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qeyd edək ki, Yevlaxda 13 yaşlı qızın itkin düşməsi barədə ilk məlumatı APA yayıb.


Oxşar Xəbərlər

Xəbər lenti