Bakıda arvadını 22 bıçaq zərbəsi ilə qətlə yetirən şəxs hakim qarşısına çıxarılır

Ötən ilin iyulun 8-də Bakının Binə qəsəbəsində həyat yoldaşını amansızlıqla qətlə yetirən 41 yaşlı Yadigar Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sozcu.info-nun xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
Qeyd edək ki, Yadigar Cəfərov ailə münaqişəsi zəminində yaranmış insident zamanı 35 yaşlı həyat yoldaşı Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə də xəsarət yetirərək intihara cəhd edib. 41 yaşlı Y.Cəfərov ağır vəziyyətdə 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edək ki, onların birgə nikahdan iki övladı var.


Oxşar Xəbərlər

Xəbər lenti