Bu qətl ölkəni ayağa qaldırdı - 4 uşaq anasını meşədə zorlayaraq öldürdülər FOTOLAR

Kolumbiyada naməlum şəxs və ya şəxslər dörd uşaq anasını meşədə zorlayaraq qaçıblar.
Hadisə yerinə gələn təcili yardım işçiləri başına daş dəyən qadının öldüyünü müəyyən ediblər.
Kelli Cohana adlı qadını meşədə zorlayan şəxslər onu çılpaq şəkildə orada buraxaraq hadisə yerindən uzaqlaşıblar.
26 yaşlı Kelli Cohana Kolumbiyanın Buqa şəhərində yaşayıb. Onun 4 uşaq anası olduğu da məlum olub. Gənc qadının üzünün tanınmaz hala düşüb. Hadisə ilə bağlı açıqlama verən qadının bibisi Alexandra Bohorquez qardaşı qızının keçmiş sevgilisi tərəfindən davamlı olaraq təhdid edildiyini bildirib. Daha sonra o, qətli Kellinin keçmiş sevgilisinin törətməsi ehtimalının olduğunu bildirərək həbsini tələb edib.
Ölkə daxilində əks-səda doğuran qətllə əlaqədar Buqa Polis İdarəsi də səfərbər edilib. Polis rəisi Nelson Dabey Parrado qətli törədənləri tutmaq və hadisəni işıqlandırmaq üçün xüsusi qrup yaradıldığını açıqlayıb. Şübhəlinin axtarışları davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}