QARDAŞINI ÖLDÜRƏNDƏN SONRA, LAPATKA İLƏ BACISININ BAŞINI KƏSDİ... Goranboyda dəhşətli qətl

Goranboy rayonunda iki nəfər qətlə yetirilib.
Sozcu.info xəbər verir ki, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb. Məlumata əsasən, S.Namazovanın başı lapatka ilə kəsilib.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin "isti izlər"lə açılması təmin olunub. Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti