Türk ordusu hərəkətə keçdi: 4 PKK-çı öldürüldü

Türkiyə Silahlı Qüvvələri Mardin vilayətində, Türkiyə-Suriya ərazisində terrorçuların hücumunun qarşısını alıb.
Sozcu.info xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bir qrup PKK mənsubu Mardində yerləşən sərhəd məntəqəsinə atəş açıb. Cavab atəşi nəticəsində 4 silahlı zərərsizləşdirilib.
Eyni zamanda Suriyanın şimalında davam edən əməliyyat nəticəsində 1 terrorçu zərərsizləşdirilib.
Bölgədə antiterror əməliyyatları davam edir.


Oxşar Xəbərlər

Xəbər lenti