Gəncədə 10 yaşlı uşaq naməlum səbəbdən ölüb

Gəncədə azyaşlı naməlum səbəbdən ölüb.
Sozcu.info-nun yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü Ə.Əlizadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Azyaşlının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
O, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.
Faktla bağlı araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti