Binəqədidə dövlət büdcəsi BELƏ TALAN EDİLİR.. -Elmin Zamanov büdcə pulların hara xərcləyir?

2022-ci ilin ilk yarım ili başa çatmasa da, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi külli miqdarda pul xərcləməyə imkan tapıb. Məsələn, təsərrüfat işləri üçün bir sıra malların satınalınmasına 152 min manat, həyət qurğularının satınalınması 293 min manat, məişət işlərində çalışan əməkdaşlar üçün istifadəsi nəzərdə tutulan bir sıra ləvazimatların satınalınması 88 min manat, qeyri-müəyyən təyinat hesab oluna biləcək müxtəlif təyinatlı hissələrin satınalınmasına isə 85 min manatdan çox pul xərcləyib. Beləliklə də aydın görünür ki, 2022-ci ilin başa çatmayan ilk yarım ili ərzində Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 620 min manata yaxın büdcə vəsaiti sərf edib.  Çox maraqlıdır ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 min manat xərclədiyi təsərrüfat işləri üçün bir sıra malların satınalınması, 293 min manat xərclədiyi həyət qurğularının satınalınması və 88 min manat sərf etdiyi məişət işlərində çalışan əməkdaşlar üçün istifadəsi nəzərdə tutulan bir sıra ləvazimatların satınalınması əməliyyatı eyni bir şirkətlə, “Koneks Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə həyata keçirib. Cəmi iki il əvvəl təsis edilmiş və 10 manatlıq Nizamnamə kapitalına malik “Koneks Construction” MMC-yə 533 min manatdan artıq büdcə pulu etibar edilib. Araşdırmalarımız zamanı Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə “Koneks Construction” MMC-i arasında ötən il də alqı-satqı əməliyyatları olub. Adı müxtəlif qalmaqalı tender əməliyyatında keçən “Koneks Construction” MMC-nin direktoru Mehdi Fərzəliyev bu günə kimi başçılıq etdiyi şirkətin adı keçən qalmaqallara heç bir aydınlıq gətirməyib. Bu yazıya hansısa aydınlıq gətirəcəyinə ümid etmirik. Yeganə ümidimiz isə büdcə pulların səxavətlə xərcləyən Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxslərinin, Birliyin rəisi Elmin Zamanov və ya onun müavini Qasım Əbdülrəhmanovun aydınlıq gətirəcəyinə ümid edirik.

Araşdırmalarımızı isə davam etdirəcəyik. Çalışacağıq ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabe olduğu Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və Binəqədi Rayon İcra Hakimiyyətinin 533 min manatdan artıq büdcə pulunun adı qalmaqllı maliyyə əməliyyatında keçən “Koneks Construction” MMC-yə həvalə edilməsinə münasibətini öyrənəcəyik. 

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeçilyində olan “JEK”-lərdə baş verən əməliyyat və olaylardan bəhs etməyə çalışacağıq. 

P.S. Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti