FHN Bakı-Qazax yolundakı qəza ilə bağlı məlumat yaydı - VİDEO


Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Sozcu.info xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.

Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.




Oxşar Xəbərlər

Xəbər lenti