Kəlbəcərdə bədbəxt hadisə - Ölən var


Kəlbəcər rayonunda traktor aşıb.

Sozcu.info xəbər verir ki, hadisə noyabrın 18-də qeydə alınıb. Rayon ərazisində aparılan tikinti işlərinə cəlb olunmuş 1972-ci il təvəllüdlü Fariz Tağıyevin idarə etdiyi frontal yükləyici "ZL 50" markalı traktor aşıb. Ağır xəsarətlər alan sürücü F.Tağıyev hadisə yerində vəfat edib.

Faktla bağlı Kəlbəcər Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}