17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Sozcu.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, cari ildə bütün dünya ərazisində qətlə yetirilən jurnalistlərin sayı 2021-ci il ilə müqayisədə 45% artıb. Bu məlumatı mətbuat azadlığı və jurnalistlərin təhlüksizliyi məsələləri ilə məşğul olan Press emblem Campaign (PEC) qeyri-hökumət təşkilatı yayıb.
PEC təşkilatının məlumatına görə, 2022-ci ildə dünyanın 29 ölkəsindən olan 115 jurnalist həlak olub. Ötən il isə 70 KİV əməkdaşı öldürülmüşdü.
Cari ildəki jurnalist ölümü sayı 2018-ci ildən bəri ən yüksək göstəricidir. 2022-ci ildə 39 nəfər KİV əməkdaşı Latın Amerikasında, 37-si Avropada, 30-u Asiyada, 7-si Afrikada, 2-si Şimali Amerikada həlak olub.
Ukraynadakı müharibədə 34 nəfər KİV əməkdaşı həyatını itirib.
“Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının hesabatında isə bütün dünyada ümumilikdə 523 nəfər jurnalistin saxlanıldığı bildirilir. Bu, ötən ildəkindən 13,4% çoxdur.
Sayca ən çox – 110 nəfər jurnalist Çində həbs edilib.