Məşhur həkim evində ölü tapıldı - Anestezik dərmanla intihar edibmiş


İzmirdə Dokuz Eylül Universiteti Tibb Fakültəsi Xəstəxanasında çalışan 30 yaşlı Həkim Muhittin Demir yaşadığı evdə ölü tapılıb. Sozcu.info Türkiyə KİV-nə istinadən bildirir ki, gənc həkimin anestezik dərmanla intihar etdiyi güman edilir.

Həmçinin qeyd edilib ki, o  2018-ci ildə keçirilən Tibb İxtisas Təhsili Qəbul İmtahanında birinci olub.

Hadisə ilə bağlı bildirilir ki, Həkimdən xəbər ala bilməyən yaxınları vəziyyəti polisə xəbər verib. Dəmirin evinə gedən polis əməkdaşları gənc həkimi hərəkətsiz vəziyyətdə tapıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

32gun.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}