Bakı metrosunda həyəcanlı anlar


Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, təlimat tələbinə uyğun, sərnişinlər düşürülüb və qatar "İçərişəhər" stansiyasında baxış-dayanma dalanı olmadığı üçün ən yaxın məntəqə kimi "Nərimanov" elektrik deposuna göndərilib.

"Əvəzinə depodan qatar verilib və xətlər üzrə ehtiyat qatar da hərəkət edib. Depoya göndərilən qatara baxış keçirilib, problem aşkarlanmayıb və marşrutlardan biri üzrə xəttə veriləcək", - məlumatda vurğulanıb.

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}