Arvadını öldürən kişinin 18 nəvəsi, 3 nəticəsi var imiş...


Xəbər verdiyimiz kimi, dünən Ağcəbədidə 67 yaşlı Güldəstə Mehdiyeva 69 yaşlı həyat yoldaşı Əliyar Mehdiyev tərəfindən kəsici alətlə qətlə yetirilib.

“Qafqazinfo” hadisə ilə bağlı yeni detallar əldə edib. Məlumata görə, tərəflər arasında davamlı olan mübahisələr münaqişəyə çevrilib. Ə.Mehdiyev əvvəlcə yoldaşına balta ataraq onu yaralayıb, ikinci cəhddə isə öldürüb. Cütlüyün 5 uşağı, 18 nəvəsi, 3 nəticəsi var.

Məlumata görə, Ə.Mehdiyev həyat yoldaşını öldürəndən sonra hadisə yerindən qaçıb və dərman içərək intihara cəhd edib. O, polis əməkdaşları tərəfindən saxlanılarkən halının pisləşdiyi müəyyən edilib. Təqsirləndirilən şəxs dərhal xəstəxanaya çatdırılıb və ona zəruri tibbi müdaxilə edilib. Bu gün səhər səhhəti yaxşılaşandan sonra isə polis şöbəsinə aparılıb.

Faktla bağlı istintaq hərəkətləri davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}