Türkiyədəki zəlzələ bu ölkələrdə hiss olundu - Fotolar


Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

Sozcu.info-nun “TRT Haber”ə istinadən məlumatına görə, zəlzələ Türkiyənin digər bölgələrində olduğu kimi, bir neçə ölkədə də hiss olunub.

Belə ki, güclü zəlzələ Suriya, İraq, Livan, İordaniya, İsrail, Yunanıstan, Gürcüstan və Misirdə də hiss edilib.

İlkin məlumata görə, Suriyada zəlzələ nəticəsində 100-dən çox insan həlak olub, 400 nəfər isə yaralanıb.

Livanın paytaxtı Beyrutda zəlzələni hiss edən sakinlər evlərini tərk edib. İraqın Bağdad və Diyala şəhərlərində də insanlar küçələrə axışıb.

Misirin paytaxtı Qahirə şəhərində və ətraf bölgələrdə zəlzələ təqribən 30 saniyə davam edib və əhali arasında həyəcana səbəb olub.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}