“Rusiya Ukraynadakı mülki obyektlərə 70 raket atdı” – Zelenski


Raketlərin Moldova ilə Rumıniya ərazilərindən keçdiyi bildirilir

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin növbəti dəfə raket atəşinə tutulmasını terror adlandırıb. Onun sözlərinə görə, cümə günü səhər saatlarından başlayaraq, Rusiya azı 70 raket atıb, atılan raketlərdən azı 60 ədədi vurulub.

Zelenski sosial şəbəkələrdə yerlərşdirilmiş videomüraciətində deyib: “Raketlərin hamısı mülki hədəflərə, mülki infrastuktura tuşlanıb. Təəssüf ki, onların bəziləri hədəfə dəyib, qurbanlar var. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığıverirəm!”

Onun sözlərinə görə, Rusiya raketlərinin bir neçəsi Moldova ilə Rumıniyanın hava məkanlarından keçib.

Zelenski deyib: “Bu raketlər – NATO-ya, kollektiv təhlükəsizliyə meydan oxumaqdır. Bu terrordur – onu dayandırmaq lazımdır və mümkündür. Dünya onu dayandırmalıdır. Bunu anlayanların hamısına təşəkkür edirəm”. 

Zelenski ölkənin Hava Qüvvələrinə, Ukraynanı və ukraynalıları müdafiə edən hər kəsə təşəkkürünü bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujn fevralın 10-da iki Rusiya hərbçiləri tərəfindən Qara dəniz hövzəsindən Ukraynaya sarı atılmış iki “Kalibr” raketinin Moldova ilə Rumıniyanın hava məkanlarından keçdiyini bildirib.

Moldovanın Müdafiə Nazirliyi raketin ölkə üzərindən keçdiyini təsdiqləsə də, Buxarest Rusiya raketlərinin Rumıniya üzərindən keçdiyi xəbərini təsdiq edə bilməyəcəyini bildirib.

 




Oxşar Xəbərlər

Xəbər lenti