Sumqayıt Apellyasiya Məhkəməsində şok olay – Hakimin qərarına etiraz edən qadın damarlarını doğrayıb


Sumqayıt Apellyasiya Məhkəməsndə intihara cəhd edilib.

Sozcu.info xəbər verir ki. bu barədə vəıkil Elçin Sadıqov sosial şəbəkədəki hesabında məlumat yayıb.

“İnzibati Xətalar Məcəlləsinin (İXM) 528-ci maddəsi ilə inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hakim Rəşadət Ağayevin qərarının qanunsuz olmasına etiraz edərək hər iki biləyini ülgüclə dərindən kəsdi. Hadisə 20 dəqiqə əvvəl baş verdi, hələ təcili tibbi yardım gəlməyib. Məhkəmənin təcili yardım məntəqəsi bağlıdır” – deyə, vəkil bildirib.

E.Sadıqov xatırladır ki, Abşeron Rayon Məhkəməsi Günay Əliyevanı 1000 manat cərimə etmişdi, hakim Rəşadət Ağayev qərarı dəyişərək onu 10 sutka inzibati həbsə məhkum edib.

“AzPolitika.info”



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}