16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakı şəhəri, Sabunçu rayonunda spirtli içkidən zəhərlənən gənc ölüb.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, hadisə martın 11-də gecə saatlarında Zabrat qəsəbəsindəki “Ayxan” şadlıq evində baş verib.
Burada keçirilən nişan mərasimində iştirak edən 2000-ci il təvəllüdlü K.Q. spirtli içkidən zəhərlənib və halı qəfil pisləşib. O, şadlıq evindən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.