16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava-dalaş olub.
Sozcu.info xəbər verir ki, C.Hacıbəyli küçəsi 28 ünvanında baş verən davada 2010-cu il təvəllüdlü R.M. və 2011-ci ildə anadan olmuş Ü.Z. döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları 3-4 nəfərin hücumuna məruz qaldıqları və dava-dalaş zamanı xəsarət aldıqları bildirilib.
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparılır.
qafqazinfo.az