Dünən, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Bakıda 44 yaşlı kişi bıçaqlanıb.
Sozcu.info report-a istinadən xəbər verir ki, hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında qeydə alınıb.
Belə ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Seymur Bəxtiyar oğlu Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Əziz Fərzulla oğlu Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.