16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusu aşıb.
Sozcu.info xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.
Bursa valisi Yaqub Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib.
O qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub:
"Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da var. İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib".