Dünən, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Cəlilabadda baş verən qəzada xəsarət alanlar kartof sahəsində çalışan fəhlələr olub.
APA-nın cənub bürosu xəbər verir ki, ilkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.
Sürücü idarəetməni itirib və mikroavtobus yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində 8 nəfər xəsarət alıb.
Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 10-a yaxın yaralı var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobusun yoldan çıxaraq aşıb. Nəticədə 10-a yaxın şəxs xəsarət alıb.
Hazırda yaralılar xəstəxanaya aparılır.