Qonşu qonşunu insanların gözü qarşısında amansızcasına ÖLDÜRÜB... - VİDEO


Qonşuların mübahisəsi qanla bitdi, 34 yaşlı kişi qətlə yetirilib.

Sozcu.info Xəzər TV-yə istinadən bildirir ki, hadisə Göyçay rayonunda baş verib.

Verilən məlumata görə, həmin şəxslər qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Göyçay rayon Prokurorluğundan  verilən məlumata görə, bu gün saat 12 radələrində 1989-cu il təvəllüdlü Şahmar Kərimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1984-cü il təvəllüdlü Abbas Əliyevin qonşusu Şahmar Kərimovu aralarında yaranmış mübahisə zamanı Göyçay şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsində bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanıb.

Abbas Əliyev hadisəni törətdikdən sonra istintaqa könüllü təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}