100 nəfərdən çox insan selin qurbanı olub

Sozcu.info xəbər verir ki, “Assoşieyted Press” agentliyi bir neçə gün aramsız yağan musson yağışları nəticəsində Hindistanın şimalında yaranan sellər və sürüşmələrin 100 nəfərdən çox insanın ölümünə səbəb olduğunu bildirib.

Vertolyotların yardımı sayəsində 300-dən artıq turisti xilas etmək mümkün olub. 30 minə yaxın sakin təxliyə edilib. Çayda suyun səviyyəsi qalxmağa davam edir.

Leysanın törətdiyi sellər maşınları, avtobusları, körpüləri yuyub aparıb, 170-ə yaxın ev məhv olub, 600 ev zədələnib.

Ölkədə musson yağışlarının daha da güclənəcəyi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}